Azərbaycanda DƏHŞƏT: Dəfn üçün rayona aparıldı, dirildiyini dedilər

Bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.

Yol qəzası nəticəsində ağır xəsarət alan və Bakıdakı “Avrasiya” klinikasında öldüyü bildirilən Zərdab rayon Məmmədqasımlı kənd sakini, 39 yaşlı Həzi Əhmədov dəfn edilməsi üçün doğulduğu rayona aparılıb. Klinikaya məxsus tibbi yardım avtomobili ilə rayona aparıldıqdan sonra yaxınları H.Əhmədovun nəfəs aldığını, gözlərini açıb onlara baxdığını bildiriblər və təcili xəstəxanaya çatdırılmasını xahiş ediblər. H.Əhmədov dərhal təcili tibbi yardım maşını ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin burada tibbi heyət onun artıq vəfat etdiyini bildirib. Bundan sonra H.Əhmədovun qohumları xəstəxanada səs-küy salaraq onun həyatının xilas edilməsini tələb ediblər.

 

İnsidentin böyüdüyünü görən xəstəxana işçiləri polis dəvət ediblər və qohumlar polis şöbəsinə aparılıb. Onlardan 37 yaşlı S.Əhmədova inzibati protokol tərtib edilib və o, Göyçay Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub.

H.Əhmədovun yaxınları onun ölümündə həkimləri ittiham ediblər. Onlar iddia ediblər ki, Bakıdan gələn həkimlər Həzinin qoşulduğu oksigen aparatından tezliklə ayrılmasını tapşırıblar və paytaxta qayıtmaq istəyiblər.

 

Mərhum 3 uşaq atası olub. O, Xaçmazda baş vermiş yol qəzasında ağır xəsarət alıb və daha sonra Bakıya çatdırılıb.
Mənbə: Sfera.az

26-08-2022, 17:20 186

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 18:24
Bu gün, 18:20
Bu gün, 15:01
Bu gün, 11:17
Bu gün, 11:05
Bu gün, 10:40
Bu gün, 07:41
Dünən, 22:31
Dünən, 21:20
Dünən, 20:30
Dünən, 12:19
Dünən, 10:17
Dünən, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059