16 sentyabr – Ozon qatının mühafizəsi günüdür



BMT Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, 16 sentyabr bütün dünyada “Beynəlxalq ozon qatının qorunması” günü kimi qeyd edilir.

Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Fuad Hümbətov bildirib ki, ozon qatının dağılmasında “antropogen faktorun” qarşısının alınması məqsədilə 1987-ci ilin sentyabr ayında Monreal şəhərində ozon qatını dağıdan maddələr haqqında tarixi Protokol imzalanıb və protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələlərlə azaldılması, aradan qaldırılması üzrə tənzimlənmə tədbirləri daxil edilib.

“Monreal Protokolunun həyata keçirilməsi nəticəsində soyuducularda, kondisionerlərdə və digər məhsullarda ozonu məhv edən kimyəvi maddələr 99 faiz azalıb”.

F.Hümbətov qeyd edib ki, Azərbaycan 1996-cı ildən “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair Sazişə qoşularaq ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb ki, bu da sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən ibarətdir.

“Hazırda Azərbaycan sözügedən konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Ölkəmizdə Protokol çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq mərhələlərlə istifadədən çıxarılıb, istehlak 271 tondan 0.016 tona qədər azalıb.

Ozon qatının tükənməsinə dair son elmi araşdırmalar göstərir ki, konvensiyanın icrası nəticəsində 2000-ci ildən bəri planetdə ozon təbəqəsinin hissələri on il ərzində 1-3 faiz sürətlə bərpa olunur. Proqnozlaşdırılan sürətlə ozon qatı şimal yarımkürəsi və orta enliklərdə 2030-cu ilə, cənub yarımkürəsində 2050-ci ilə, qütb bölgələrində isə 2060-cı ilə qədər tamamilə bərpa oluna bilər".

16-09-2022, 13:20 333

Digər xəbərlər

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 18:20
Bu gün, 15:01
Bu gün, 11:17
Bu gün, 11:05
Bu gün, 10:40
Bu gün, 07:41
Dünən, 22:31
Dünən, 21:20
Dünən, 20:30
Dünən, 12:19
Dünən, 10:17
Dünən, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
1 2 3 4 5 6 7 8 9 10 ... 1059