Rusiya Baş nazirinin müavini Aleksandr Novak Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı işlərin davam etdiyini açıqlayıb.Sumqayit.tv xəbər verir ki, Novak təkcə rus tədarükçülərinin deyil, digər ixracatçıların da cəlb olunacağı yeni platformanın nəzərdə tutulduğunu söyləyib.
"Hazırda türkiyəli həmkarlarımız və layihədə iştirak edə biləcək digər potensial ölkələrlə fəal çalışırıq. Düşünürəm ki, 2023-cü ildə qərar veriləcək".
Teleqraf.com