Tramp seçicilərin dəstəyi baxımından Harrisdən geri qalır



ABŞ-nin vitse-prezidenti Kamala Harris, demokratlardan ən yüksək dövlət vəzifəsinə namizəd olaraq, noyabr ayında keçiriləcək prezident seçkilərində səs verməyi planlaşdıran seçicilərin dəstəyi baxımından respublikaçılardan olan rəqibi Donald Trampı 2 faiz bəndi qabaqlayır.
“Report” xəbər verir ki, bu barədə ABC telekanalının “Ipsos” sosioloji xidməti ilə birlikdə keçirdiyi sorğunun nəticələrindən bəlli olub.
Məlumata görə, potensial seçicilərin 50 %-i Harrisi dəstəkləyir, Trampa isə bu kateqoriyada sorğuda iştirak edənlərin 48 %-i səs verməyə hazırdır. Qeydiyyatdan keçmiş seçicilər arasında da oxşar nəticə müşahidə olunur: 49 % Harrisi üstün tutur, 47 % isə Trampı dəstəkləməyə hazırdır.
Respondentlərin əksəriyyəti (51 %) ABŞ-nin ən yaxşı günlərinin hələ qarşıda olduğunu düşünür, 47 % isə hesab edir ki, Birləşmiş Ştatların ən yaxşı dönəmi geridə qalıb. Bu sonuncu fikri Tramp tərəfdarlarının təxminən üçdə ikisi (59 %) bölüşür. Harris tərəfdarlarının 67 %-i ABŞ-nin daha yaxşı gələcəyinə inanır.

14-10-2024, 10:00 127
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1086