Avropa Trampın yeni çağırışlarına hazır deyil


Avropalı siyasətçilər Donald Trampın ikinci prezidentlik müddətinə hazır olduqlarına inanırlar, lakin onların etimadı əsassızdır.
Musavat.com xəbər verir ki, bu barədə Amerikanın "Foreign Policy" (FP) jurnalı yazıb. Jurnalın məqaləsində qeyd edilir ki, Avropanın siyasi isteblişmenti müdafiə xərcləri sahəsində ciddi problemlərlə üzləşir.
Nəşr yazır ki, Avropa Amerika liderinin ikinci prezidentlik müddətinə hazır olduğuna inanır, çünki “o, artıq bir Tramp administrasiyasından sağ çıxıb” (2017-2021). Məqalədə qeyd edilir ki, avropalı siyasətçilər Trampın ikinci müddətinin öhdəsindən necə gəlmək üçün “reseptləri” olduğuna inanırlar, lakin “səhv hədəflərə fokuslanan və siyasi böhrandan yayınan Avropa Trampın ABŞ prezidenti olaraq ikinci müddətinin çağırışlarına hazır deyil”.
Məqalə müəllifinin yazdığı kimi, avropalı siyasətçilər hərbi xərclər də daxil olmaqla, edilməsi lazım olan dəyişikliklərin aktuallığını və miqyasını hələ dərk etməyiblər. Qeyd edilir ki, Avropa tezliklə “Amerika hava yastığını itirərək” müdafiəsiz qala bilər.
Nəşr yazır ki, Trampın məqsədlərindən biri Avropanı müdafiə etmək yükünü NATO müttəfiqlərinin üzərinə yükləməkdir. Bundan ötrü ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq və təhlükəsizliyin təmin edilməsi üzrə məsuliyyəti Avropa İttifaqına üzv ölkələrin üzərinə qoymaq lazım gələcək.
Məqalədə həmçinin vurğulanır ki, Trampın Avropanın müdafiəsi ilə bağlı narahatlığı artıq “keçici dəb” deyil və Avropa “təhlükəsizlik üzrə qayğısız günlərinin bitdiyi reallığına oyanmalıdır”.

24-01-2025, 13:32 87

Digər xəbərlər

Sumqayıtlı deputatın atası dünyasını dəyişib

Sumqayıtda otluq ərazidə yanğın baş verib-FOTO

Sumqayıtda sakinlər tullantılarla bağlı narazılıq edirlər: “Pəncərəni aça bilmirik”

Sumqayıtda hava dəyişəcək: Yağış və şimşək ehtimalı var

"Sumqayıt" braziliyalı qapıçı transferini rəsmiləşdirdi

ABŞ səfirliyindən Azərbaycana təşəkkür: Heydər Əliyev Mərkəzinin işıqlandırılması yüksək qiymətləndirildi

Sumqayıt çimərliklərində dəniz suyunun temperaturu açıqlandı

DÇ-2026: 1/8 finalın bütün cütləri bəlli oldu

Rəsmi açıqlama: Abşeronda çəyirtkələrin kütləvi yayılması ilə bağlı mübarizə tədbirləri gücləndirilib

İlham Əliyev Donald Trampı ABŞ-ın 250 illiyi münasibətilə təbrik etdi

Sumqayıtda dərman zəhərlənməsi ölümlə nəticələndi

Sumqayıtda axtarılan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Coratda dəniz faciəsi: Bir nəfər xilas edildi, bir qadının meyiti sudan çıxarıldı-VİDEO

100 illik sualın cavabı bu sərgidə: Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə layihəsi olan Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açılıb-FOTOLAR

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak edib

Bakı–Brüssel xəttində yeni mərhələ: Azərbaycan artıq Avropa üçün strateji zərurətdir

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı

DÇ-2026: 1/16 final mərhələsinin son oyun günü – Daha üç vəsiqənin sahibi müəyyənləşəcək

Sabah Sumqayıtda hava necə olacaq? – İyulun 4-nün proqnozu

Qardaşının qisası üçün MMA məşqçisini öldürdü – Məhkəmədə diqqətçəkən detallar açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1074
Dünən, 21:24
Dünən, 17:53
Dünən, 17:31
Dünən, 17:11
Dünən, 15:28
Dünən, 15:25
Dünən, 13:34
Dünən, 13:30
Dünən, 13:25
Dünən, 12:06
Dünən, 10:43
3-07-2026, 22:43
3-07-2026, 17:53
3-07-2026, 17:02
3-07-2026, 15:41
3-07-2026, 15:12
3-07-2026, 14:33
3-07-2026, 13:59
3-07-2026, 13:13
3-07-2026, 13:06
3-07-2026, 12:58
3-07-2026, 12:44
3-07-2026, 12:06
3-07-2026, 12:03
3-07-2026, 00:26
3-07-2026, 00:22
2-07-2026, 19:33
2-07-2026, 19:29
2-07-2026, 19:20
2-07-2026, 19:17
2-07-2026, 19:13
2-07-2026, 18:20
2-07-2026, 17:03
2-07-2026, 16:59
2-07-2026, 16:07
2-07-2026, 15:22
2-07-2026, 15:05
2-07-2026, 14:05
2-07-2026, 13:27
2-07-2026, 13:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1074