Sumqayit.tv Türkiyə mediasına istinadən xəbər verir ki, dünən Suriya, İraq və İrandafəaliyyət göstərən 5 nəfər PKK terror təşkilatının üzvü Türk əsgərlərinə təslim olublar. Araşdırma nəticəsində məlum olub ki, təslim olan terrorçular 2009-2015-ci illərdə PKK-nın tərkibində adı keçən dövlətlərdə fəaliyyət göstəriblər. Beləliklə bu il Türk Silahlı Qüvvələtinə təslim olan terrorçuların sayı 86-ya çatıb.