31 Dekabr – Dünya Azərbaycanlılar Həmrəylik Günü İzmirdə coşqu ilə qeyd olundu - FOTO

 
İzmirdə Azərbaycan həmrəyliyi və mədəniyyəti bir araya gəldi
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən 31 Dekabr Dünya Azərbaycanlılar Həmrəylik Günü münasibətilə Bornova Altındağda, Kahve Madeni Cafedə mənalı və coşqulu bir tədbir keçirildi.
Tədbir, İzmir və Manisada təhsil alan tələbələrin iştirakımı ilə baş tutdu və milli birlik, həmrəylik və qardaşlıq ruhu ilə dolu unudulmaz anlara səhnə oldu. Yeməkli və musiqili proqram, iştirakçılara həm vizual, həm də mənəvi bir ziyafət yaşatdı.
Tədbirin açılışı və təşəkkürlər
Tədbirin açılış nitqini Dərnək sədri, TADEF basqan yardımcısı Eşref Tuna etdi. Çıxışında ilk növbədə:
Federasiyanın sədri və Başqan Vəkilini,
gecəyə təqdimatı və səhnə performansı ilə xüsusi rəng qatan, Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi dəyərli teatr sənətçisi və həyat yoldaşını,
maddi və mənəvi dəstək verdiyi üçün iş adamlarını,
qonaqpərvərliyi və ev sahibliyi üçün cafe sahibini təşəkkür etdi və tədbirin rəsmi açılışını elan etdi.
Milli ruh və sənət dolu 7 saat
Tədbirin əsas yükünü üzərinə götürən Roza İbadova Koçamaz, təxminən 7 saat boyunca hazırladığıc bir-birindən maraqlı, əyləncəli və milli ruhlu bölmələrlə iştirakçılara unudulmaz təcrübə yaşatdı.
Tələbələrin töhfəsi və milli rəqslər
Tədbirdə iştirak edən İzmir və Manisada təhsil alan Azərbaycanlı və Türk dünyasından olan tələbələr çıxışları və mənəvi dəstəkləri ilə gecəyə xüsusi rəng qatdılar:
Mədinə Qocayeva, Aytac Xəlilova, Jalə Əhmədova, Xədicə Rəhimova, Nəzrin Musayeva, Revan Qurbanov, Sima İsmayılova, Şəhriyar Huseynov, Kenan Hüseynov, Əli Poladzadə, Eli Eliyev və Ülvü Memmedquliyev
Bu gənclər həm ifaları, həm də Azərbaycan milli rəqsləri ilə ortalığı canlandıraraq tədbirin ruhunu yüksəltdilər. 9 Eylül Universitetinin tələbəsi Kenan Hüseynov ifa etdiyi Azərbaycan mahnıları ilə milli ruhu zirvəyə daşıdı. Şəhriyar Huseynov isə 31 Dekabr Dünya Azərbaycanlılar Həmrəylik Gününün tarixi mahiyyəti barədə məlumat verərək bu günün milli yaddaşımızdakı yerinə işıq saldı.
Təşəkkürlər və milli dəstək
Roza İbadova Koçamaz, təşkilat prosesində maddi və mənəvi dəstək göstərən Dərnəyin Qadın Qolları sədri və digər üzvlərinə təşəkkür etdi. Manisa Dərnək sədrini salamlayaraq, tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Tədbir çərçivəsində gənclər arasında milli dəyərləri əks etdirən suallarla bilgi yarışmaları keçirildi, doğru cavab verən iştirakçılara kiçik hədiyyələr təqdim olundu. İl ərzində dərnəyin fəaliyyətlərinə töhfə verən şəxslərə və qurumlara təşəkkürnamələr verildi.
Azərbaycan mətbəxi ilə xüsusi xatirə
Tədbirin sonunda Azərbaycan mətbəxinə xas olan təamları evlərində hazırlayaraq iştirakçılara təqdim edən və bir neçə saatlıq da olsa tələbələrə Ana mətbəxini xatırladan:
Naz Xanım, Xədicə Xanım, Zenfira Xanım, Emine Xanım, Mehriban Xanım, Naime Xanım, Heçer Xanım və digər dəyərli xanımlara da xüsusi təşəkkür edildi. Onların səyləri tədbirin mənəvi dəyərini daha da artırdı və birlik ruhunu gücləndirdi.
Dayanışma və milli həmrəylik
Bu mənalı günün Azərbaycanlılar arasında birlik, bərabərlik və həmrəylik ruhunu daha da möhkəmləndirəcəyinə inanır, tədbirdə iştirak edən bütün qonaqları dərin hörmət və sevgi ilə salamlayırıq.
Bir yazar olaraq, bizə belə gözəl və mənalı bir günü yaşadan, başda Eşref Tuna və Roza İbadova Koçamaz olmaqla, zəhməti keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Dünyanın ən gözəl neməti olan dayanışmanın nə demək olduğunu o 7 saat ərzində bir daha göstərdiniz. İyi ki varsınız.
Eyni zamanda, nə zaman çağırsaq tələbələr üçün dəstəyini əsirgəməyən dəyərli iş adamları İsmail Keskin və Yılmaz Bəyə də xüsusi təşəkkür edilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


29-12-2025, 17:33 240

Digər xəbərlər

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 14:44
Bu gün, 14:37
Bu gün, 13:34
Bu gün, 11:41
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1019