Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

COMEX ticarət birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızıl və gümüşün qiymətində azalma qeydə alınıb.

Sumqayit.tv xəbər verir ki, COMEX birjasında aprel ayı üçün çatdırılma qızıl füçerslərinin qiyməti yanvarın 5-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 400 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 04:35-ə olan məlumata görə, qızılın qiyməti 2,7 faiz azalaraq 4 370,7 dollar olub. Bir neçə dəqiqə sonra eniş davam edib və qiymətli metal yanvarın 2-dən bəri ilk dəfə 4 350 dollardan aşağı düşərək 4 342,7 dollar (-3,32%) səviyyəsinə enib.

Gümüşün qiymətində də azalma müşahidə olunub. COMEX birjasında 2026-cı ilin mart ayı üçün çatdırılma gümüş füçersləri fevralın 5-dən bəri ilk dəfə bir trua unsiyası üçün 65 dollardan aşağı düşüb.

Saat 04:38-ə olan məlumata görə, gümüşün qiyməti 64,83 dollar (-4,39%) təşkil edib. Saat 04:55-ə qədər isə eniş zəifləyib və qiymət 66,15 dollar (-2,45%) səviyyəsinə yüksəlib.

Analitiklər qiymətli metalların ucuzlaşmasını qlobal bazarlarda baş verən dəyişikliklər və investorların riskli aktivlərə marağının artması ilə əlaqələndirirlər.


23-03-2026, 10:48 55
Bu gün, 16:36
Bu gün, 15:48
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1086