
İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan ballistik sursat NATOnun hava və raket müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Sumqayıt.tv xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə Şərqi Aralıq dənizində yerləşdirilmiş müdafiə elementləri vasitəsilə baş verib.
Qeyd olunub ki, Türkiyə ərazisi və hava məkanına yönələn hər cür təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, bölgədə baş verən hadisələr isə diqqətlə izlənilir.
Bu gün, 20:41
8