Azərbaycanın turizm imkanları "OTM Mumbai 2022" sərgisində təmsil olunur


Martın 14-də işinə başlayan Hindistanın Mumbay şəhərində təşkil olunan “OTM Mumbai 2022” beynəlxalq sərgisində Azərbaycan milli stendlə təmsil olunur.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu ilə yanaşı sərgidə 10 yerli turizm şirkəti də iştirak edir.

Sərgi ziyarətçilərinə Azərbaycanın, o  cümlədən işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, Azərbaycana səfər imkanları, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.

Martın 16-na kimi davam edəcək beynəlxalq sərgidə Azərbaycan Turizm Bürosu tərəfindən ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlərin və seminarların keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı Azərbaycana tanışlıq səfərlərinin və birbaşa aviauçuşların təşkili ilə bağlı müzakirələrin də aparılması planlaşdırılır.

Sərgi çərçivəsində panel müzakirələrində iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov Hindistan bazarının Azərbaycan üçün prioritet bazarlardan biri olduğunu, hindistanlı turistlərin istirahətlə yanaşı işgüzar turizm, toy və digər turizm növlərinə üstünlük verdiklərini diqqətə çatdırıb. O, cari ilin 15 fevral Hindistanın hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələr sırasında olduğunu, bunun iki ölkə arasında səfər saylarının artmasına müsbət təsir edə biləcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, sərgiyə 55 ölkədən 1100-ə yaxın iştirakçı, 30000-dən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssisin qatılması gözlənilir.

15-03-2022, 10:24 185

Digər xəbərlər

Bakı-Quba yolunda baş verən qəza nəticəsində yaralılar Sumqayıt Tibb Mərkəzinə gətirilib - FOTO

Zakir Fərəcov səyyar görüş keçirib - FOTOLAR

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı "Pilot Residence" yaşayış binasına baxış keçirib

Zəngəzur dəhlizi üzrə saziş – ABŞ-ın diplomatik qələbəsi, İranın strateji məğlubiyyəti ŞOK YAZI

Sumqayıtda bərbərxana yandı

İKZF Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edir

Xızıda üstünə darvaza aşdı, Sumqayt xəstəxanasında öldü

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 10:43
Dünən, 17:25
Dünən, 17:05
Dünən, 15:50
Dünən, 15:36
Dünən, 13:38
Dünən, 12:17
4-09-2025, 13:36
4-09-2025, 13:31
4-09-2025, 08:37
3-09-2025, 16:45
3-09-2025, 16:34
3-09-2025, 16:00
3-09-2025, 15:40
3-09-2025, 15:28
3-09-2025, 15:23
3-09-2025, 12:09
3-09-2025, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
1 2 3 4 5 6 7 8 9 10 ... 964