Dünyaca məşhur "Barselona"nın stadionunun adı "Spotify" şirkəti ilə sponsorluq müqaviləsinə görə dəyişdirilir.Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Anlaşma iyuldan etibarən qüvvəyə minəcək və 4 il davam edəcək.
1957-ci ildə tikilən və 99 min 354 tamaşaçı tutumuna malik olan "Barselona"nın "Nou Kamp" stadionu bundan sonra "Spotify Nou Kamp" adlandırılacaq.