Ruslar Tacikistanda hərbi təlimlərə start verdi-Talibana göz dağı



Sumqayit.tv məlumat verir ki, Tacikistanla Əfqanıstan sərhədində yaranmış gərginlik pik həddə çatıb. Son günlərdə Taliban silahlılarının sərhəd bölgələri ələ keçirməsindən sonra yüzlərlə əfqan hərbçi Tacikistana qaçıb. Tacikistan Rusiyanın müttəfiqi olduğu üçün hazırda sərhəddəki gərginlik Kremldə də narahatlıq yaradıb.
Görünür bu səbəbdəndir ki, artıq Rusiya Tacikistanda hərbi təlimlərin keçirilməsinə qərar verib. Belə ki, ruslar hava hücumundan müdafiə ilə bağlı döyüş hazırlığının yoxlanılması üçün təlimlərə start veriblər. Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasının “S-300PS” zenit raket sistemləri bölməsinin heyəti həyəcan siqnalı ilə poliqona daşınıb. Təlimlərə 201-ci hərbi bazada xidmətdə olan hücum və nəqliyyat-döyüş helikopterləri də cəlb olunub.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın cənubunda "S-400"lərdən istifadə olunmaqla hərbi təlimlər keçirilmişdi. Mütəxəssislər bunu NATO və Ukraynanın Qara dənizdə birgə təşkil etdiyi "Sea Breeze-2021" təlimlərinə cavab kimi qiymətləndirirlər. Tacikistanda başlanan yeni təlimlər isə Talibanın Rusiyanın müttəfiqi üçün yaratdığı yeni sərhəd təhlükələri ilə əlaqələndirilir.
Qeyd edək ki, dünən Tacikistan Müdafiə Nazirliyi prezident Emoməli Rəhmonun təlimatına uyğun olaraq Əfqanıstanla sərhədin möhkəmləndirilməsi üçün ehtiyatda olan 20 min hərbi qulluqçunun sərhəd ərazilərinə göndərilməsinə qərar verib.
Son iki həftə ərzində isə Tacikistan-Əfqanıstan sərhədində xaotik durum yaranıb. Taliblərdən qaçan əfqan qoşunlarına məxsus xeyli sayda hərbçi dəfələrlə Tacikistana keçib. Eyni zamanda, prezidentin dövlət sərhədində transmilli cinayət, terror və narkotik ticarəti hallarının qarşısını almağı da tapşırdığı bildirilir.

7-07-2021, 15:22 208

Digər xəbərlər

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Bu gün, 17:55
Bu gün, 13:11
Bu gün, 12:59
Bu gün, 12:33
Bu gün, 10:24
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
1 2 3 4 5 6 7 8 9 10 ... 962