Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.
Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına müraciət üçün son tarix 1 may 2022-ci il nəzərdə tutulub.
Ətraflı məlumatı
elan vasitəsilə əldə edə bilərsiniz.