“Meymun çiçəyi” sürətlə yayılır - 21 gün vaxt qoyuldu

İlk dəfə Afrikada aşkarlanan və dünyada sürətlə yayılan “Meymun çiçəyi” xəstəliyi Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, İsrail, İsveçrə və Avstriya da daxil olmaqla 15 ölkəyə yayılıb.
 
Sumqayit.tv xəbər verir ki, dünyada indiyədək 80 yoluxma halının qeydə alındığı bildirilsə də, xəstəliyin daha çox rast gəlindiyi Britaniyanın səhiyyə rəsmiləri yoluxmaların kəskin artacağını proqnozlaşdırırlar.
 
Nadir xəstəliyə yoluxmuş şəxslərlə yaxın təmasda olanlar 21 gün ərzində özlərini təcrid etməli, işdən uzaq durmalıdırlar.
 
İmmuniteti zəif olan şəxslər, hamilə qadınlar və 12 yaşdan kiçik uşaqlar belə insanlarla təmasdan çəkinməlidir.

Virusun aşkar olunduğu Belçika xəstəliyin yayılmasının qarşısını almaq üçün üç həftəlik karantin tətbiq edən ilk ölkə olub.
 
Rəsmi adı “Monkeypox” olan virus asanlıqla yayılmır və yoluxmuş şəxslərdə qızdırma, dəri şişməsi və blisterlər kimi müalicə tələb etməyən yüngül simptomlara səbəb olur. Bununla belə, virus immun sistemi zəif olan insanlarda, hamilə qadınlarda və azyaşlı uşaqlarda daha ciddi xəstəliklərə səbəb ola bilər. Britaniyada aşkarlanan xəstələrdən birinin reanimasiyada müalicə olunduğu təsdiqlənib. Bu fakt xəstəliyin ağır və təhlükəli olmasından xəbər verir.
 
Qeyd edək ki, Böyük Britaniyada 2018-ci ildən 2021-ci ilə qədər 7 “meymun çiçəyi”nə yoluxma faktı müəyyən edilib. Bu halların Nigeriya ilə əlaqəli olduğu ehtimal olunub.
 
Mütəxəssislər xəstəliyin cinsi yolla yayıla biləcəyini və homoseksual gənclər tərəfindən daha çox insana ötürülə biləcəyi barədə xəbərdarlıq ediblər.
 
Qeyd edək ki, “meymun çiçəyi” virusu 1980-ci ildə Avropada rəsmi olaraq aradan qaldırılmış çiçək xəstəliyi irsinə aiddir. Bunu simptomları çiçək xəstəliyinə bənzəyir.
 
“Meymun çiçəyi” virusuna yoluxmuş şəxslərdə çiçək xəstəliyində olduğu kimi qızdırma, baş ağrısı, əzələ ağrıları, üşümə və qızartı, dəridə qabarcıq kimi şikayətlər meydana çıxır.
 
Mütəxəssislərin fikrincə, “meymun çiçəyi” virusu ona yoluxanların 30 faizini öldürən çiçək xəstəliyindən qat-qat az təhlükəlidir. Meymun çiçəyi virusuna yoluxanlarda xəstəliklər bir neçə həftə ərzində öz-özünə yox olur.

23-05-2022, 12:30 180

Digər xəbərlər

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 17:51
Bu gün, 12:16
Bu gün, 08:24
Dünən, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
1 2 3 4 5 6 7 8 9 10 ... 972