Böyük Britaniyada koronavirusla bağlı məhdudiyyətlər yumşaldır.Sumqayıit.tv xəbər verir ki, Britaniya hökuməti bu barədə qərar qəbul edib.
Baş nazir Boris Conson vəziyyətlə bağlı açıqlamasında "koronavirus sizin və ailəniz üçün risk yaratmağa davam edir. Lakin iyulun 19-dan etibarən COVID-dən öncəki həyata qayıda bilmərik" deyib. O, pandemiyanın hələ bitmədiyi üçün hamını ehtiyatlı olmağa çağırıb.
İyulun 19-dan demək olar ki, bütün qanuni məhdudiyyətlər ləğv ediləcək, lakin bəzi qaydaları saxlanılacaq. Məsələn, qapalı ictimai yerlərdə maskataxma ilə bağlı bütün tələblər ləğv ediləcək, lakin sıxlıq olan qapalı yerlərdə maska taxmaq məcburiyyəti qüvvədə qalacaq.