Böyük Britaniyada leysan yağışları Londonda həyatı iflic edib.
Sumqayit.tv-in məlumatına görə, musavat.com “The Sun”-a istinadən bildirir ki, bir saat ərzində bir aylıq yağıntı yağıb.
Londonun cənubundakı Raynes Parkda avtomobillər güclü sel sularına qərq olub.
Şəhərin qərbində evlərinə su dolan insanlar bəzi əşyaları xilas etməyə çalışıblar.