Rusiya Aerokosmik Qüvvələri Nikolayev vilayətində Ukraynaya məxsus "MiQ-29" və "Su-25" təyyarələrini vurublar. Sumqayit.tv xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
Qeyd olunub ki, müharibə başlanan gündən indiyədək Ukraynanın 237 təyyarəsi məhv edilib.