Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində müasir, yüksək detallı müşahidə sistemi quracaq. Sumqayit.tv xəbər verir ki, bu barədə ölkənin Sərhəd Xidmətinin rəhbəri Tomaş Praha jurnalistlərə açıqlamasında deyib.
"Demək olar ki, hazırıq, sənədlər hazırlanıb, müvafiq vəsaitin alınması üzərində işləyirik. Hesab edirik ki, inflyasiya nəzərə alınmaqla, sərhəddə təxminən 330 milyon zlotiyə (70 milyon dollardan çox) dəyərində yardım ayrılacaq”, - deyə Praha qeyd edib.