NATO İsveçrə hökumətindən Ukraynanın hərbi və mülki şəxslərinin müalicəsində yardım göstərməsini xahiş edib.
Sumqayit.tv-in verdiyi məlumata görə, müvafiq sorğu may ayında NATO mexanizmlərindən biri olan Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzindən alınıb və kantonlar kömək etməyə hazır olduqlarını bildiriblər.
Lakin İsveçrə Xarici İşlər Nazirliyi bunun ölkənin neytral statusunu poza biləcəyi qənaətinə gəlib.
Qurum digər idarələrə müraciət edərək hüquqi və praktiki səbəblərə görə ölkənin ukraynalı yaralıların qəbulundan imtina etdiyini bildirib.