Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Latviyaya səfər edəcək.
Sumqayit.tv “Report”a istinadən xəbər verir ki, o, Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşəcək.
Nazirlər regional məsələləri, o cümlədən qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.