Rusiyanın Novosibirsk vilayətinin Toquçinski rayonundan olan deputat Roman Yanov Almaniyadan poçt vasitəsilə narkotik sifariş edib.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Novosibirsk şəhərinin Kalininski rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Zərfin içində poçt şöbəsində Novosibirsk gömrüyündə narkotik qaçaqmalçılığı ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən müsadirə edilmiş LSD (liserqamid ailəsindən olan yarı sintetik psixoaktiv maddə) narkotik vasitələri olduğu qeyd olunub.
Qeyd edək ki, adıçəkilən deputat narkotik vasitəni almaq üçün 2022-ci il fevralın 4-də sifariş verərərk onlayn pul ödənişi edib.