Deputat Səbinə Salmanova: “Kəlbəcər 27 il ərzində talan edilib, ekoloji terrora məruz qalıb”

 

Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində imzalanmış 10 noyabr üçtərəfli bəyanatı ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Bu sənədin icrası çərçivəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu heç bir hərbi toqquşma baş vermədən, atəşkəs pozulmadan və qan tökülmədən Azərbaycana qaytarıldı. Şübhəsiz ki, bu hadisə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi, diplomatik və hərbi sahələrdə həyata keçirdiyi ardıcıl və düşünülmüş fəaliyyətin bariz nəticəsi idi.

Sumqayit.tv xıbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun gücü Ermənistanı ərazilərimizi tərk etməyə vadar etdi: “1993-cü ildə işğaldan dərhal sonra Ermənistan BMT və ATƏT-in prinsiplərinə zidd olaraq Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başlamışdı. Onlar hesab edirdilər ki, Kəlbəcəri heç zaman tərk etməyəcəklər. Azərbaycan Kəlbəcəri işğaldan azad etməklə eyni zamanda BMT Təhlükəsizlik Şurasının 27 ildən çoxdur kağız üzərində qalan 822 saylı qətnaməsini icra etmiş oldu və beynəlxalq hüququn bərqərar olmasına nail oldu”.

Deputat bildirib ki, Kəlbəcər Azərbaycanın ən böyük ərazisi olan rayonudur: “Kəlbəcər həm də strateji və çətin relyefə malik olan bir rayondur. Orada yüksək dağlar, dərin enişlər, yoxuşlar, çaylar var. Bu 27 il ərzində düşmən də boş dayanmayıb və möhkəm istehkamlar qurmuşdu. Onlar 27 il işğalda saxladıqları rayonu tərk edərkən də evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atdılar. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırmışdılar. Bütün bunlar erməni xislətinin təzahürüdür".

S.Salmanova qeyd edib ki, hazırda işğaldan azad edilmiş digər rayonlarda olduğu kimi, Kəlbəcərdə də böyük bərpa-quruculuq işləri aparılır: “Düşmən orada da daşı daş üstünə qoymamışdı. Azərbaycan dövləti öz vəsaiti hesabına hazırda Kəlbəcəri yenidən qurur, kəndlər, qəsəbələr salır. Əminliklə demək olar ki, yaxın gələcəkdə Kəlbəcər də digər azad edilmiş torpaqlarımız kimi inkişaf etmiş, müasir və dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.


25-11-2025, 15:14 96

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041