
Sumqayıt.tv xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə aprelin 1-dən etibarən qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai ərazilərdə elektron siqaret çəkən şəxslər 30 manat cərimələnəcək.
Qanuna əsasən, eyni tarixdən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışıda qadağan edilir.
Dəyişikliyin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması və ictimai yerlərdə təhlükəsiz mühitin təmin edilməsidir.
13-03-2026, 19:57
36