
Sumqayıt şəhərində 1355 çoxmərtəbəli yaşayış və yataqxana binalarında deratizasiya, dezinseksiya və dezinfeksiya işləri həyata keçiriləcək.
Sumqayit.eİqtisadiyyat.az-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bununla əlaqədar hazırlıqlara başlayıb. Təhlükəsizlik və təmizlik işlərinin aparılması üçün şirkət axtarışlarına başlanılıb.
Qeyd olunur ki, “Sanitariya, gigiyena və digər xidmət haqqı xərci” maddəsi çərçivəsində şəhərin mənzil fonduna daxil olan bütün binalarda bu işlər nəzərdə tutulub.
16-03-2026, 21:33
34