Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi




Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir keçirilib
Qubadlı rayonunun yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü başlayır. Öz təsərrüfatlarını yaylaqlara köçürmək istəyən fermerlərin müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyində müvafiq siyahı hazırlanıb, arıçı fermerlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təşkil etdiyi təlimlərə cəlb olunublar. Təlimlərdə fermerlərə mina və partlamamış sursatla çirklənmiş ərazilərdə davranış qaydaları izah olunub. Fermerlərdən köç edəcəkləri dislokasiya məntəqələrində təlimata uyğun davranacaqlarına dair iltizamnamə alınıb.
Bu gün Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisinin rəhbəri Fatih Yılmaz, Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Qələndər, Qubadlı rayon icra hakimiyyətinin rəhbərliyi, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Peşəkar Arıçılar Birliyinin rəhbəri Elxan Ələkbərov, Qubadlı rayonundan olan arıçı fermerlər iştirak ediblər.
“Dağ Arıçıları” İctimai Birliyinin rəhbəri Yusif Quliyev tədbir iştirakçılarını salamlayaraq bu günün Qubadlı arıçıları üçün tarixi gün olduğunu bildirib. Qubadlıdan olan arıçıların öz təsərrüfatlarını bu il rayonun yaylaqlarına qaldıracağını deyən Yusif Quliyev bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, ötən il Kəlbəcər və Laçın laylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsinə dair həyata keçirilmiş pilot layihə uğurla nəticələnib. Layihənin yekun nəticələri təhlil olunduqdan sonra bu ildən arıçılıq təsərrüfatlarının köç edəcəyi yaylaqların siyahısına Qubadlı rayonunun yaylaqları da əlavə olunub. Bununla da 30 ilə yaxın fasilədən sonra Qubadlıdan olan arıçılar öz təsərrüfatlarını doğma yaylaqlara köçürmək imkanı əldə edirlər.
Tədbirdə çıxış edən TİKA-nın Bakı Ofisinin rəhbəri Fatih Yılmaz iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini deyərək, təmsil etdiyi qurumun Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də layihələr həyata keçirdiyini deyib. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində arıçılıq təsərrüfatlarına texniki dəstək göstərilib. “Dağ Arıçıları” İctimai Birliyi TİKA tərəfindən xüsusi konteynerlərlə təchiz olunub, birliyin məhsullarının qablaşdırılmasına köməklik göstərilib. Təsərrüfatlardakı arı ailələri Qubadlı yaylaqlarına bu konteynerlərdə köçürüləcək. Fatih Yılmaz Qubadlı arıçıları üçün xüsusi əhəmiyyət kəsb edən bu gündə arıçıların sevincini bölüşməkdən məmnunluq duyduğunu deyib, arıçılara hər zaman dəstək olacaqlarını vurğulayıb.
Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Qələndər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyini deyib. Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış memorandum və sazişləri xatırladan müşavir nəzərdə tutulan bütün istiqamətlər üzrə birgə fəaliyyətin davam etdiyini deyib. Hakan Qələndər Qubadlı arıçılarının öz təsərrüfatlarını 30 illik fasilədən sonra doğma yaylaqlara köçürməsi münasibətilə təbrik edib. 
Daha sonra tədbir iştirakçıları Qubadlı rayonundan olan arıçıların təsərrüfatlara baş çəkib, arı ailələrinin köçə hazırlıq prosesini izləyiblər.
Bu il Qubadlı rayonuna 38 arıçılıq təsərrüfatının köçürülmsəi nəzərdə tutulub. Ümumilikdə Qubadlı yaylaqlarına 2207 arı ailəsi köçürüləcək. Arı ailələri Qubadlı şəhər mərkəzinin ətrafında, Qazyan, Muradxanlı, Xanlıq, Mollu, Hal, Mahmudlu, Bəxtiyarlı, Tatar, Qaraçalı və Zilanlı kəndlərində yerləşdiriləcək. Nazirlik tərəfindən yaylaq mövsümü ərzində Qubadlı rayonuna köçürülmüş təsərrüfatların daimi monitorinqi aparılacaq.
Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi



26-04-2022, 16:30 259

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064