Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və bp şirkətinin birgə təşkilatçılığı ilə “Rəqəmsallaşma: Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda onlayn formatda tədbir keçirilib.

Sumqayit.tv xəbər verir ki, Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dünyada rəqəmsallaşma sahəsində baş verən dəyişikliklərin iqtisadiyyata təsirlərini qeyd edib, Azərbaycanda rəqəmsal ekosistemin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, müəssisələrdə rəqəmsal əməliyyat modellərinin sürətli tətbiqi, blokçeyn və  əşyaların interneti, süni intellekt və maşın öyrənməsinin daha geniş istifadəsi, məlumat-əsaslı biznesin və idarəetmənin inkişaf etdirilməsi və digər bu kimi trendlər dünyada olduğu kimi, ölkəmizdə də aktualdır. Bu baxımdan Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün müvafiq addımlar atılır. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılmasında əsas məqsəd Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlardan maksimum istifadə edilməsi, ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasının təmin olunmasıdır. Bu baxımdan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi kimi aparıcı qurumla əməkdaşlıq uğurlu başlanğıc hesab edilə bilər. İqtisadiyyat naziri bildirib ki, ölkəmizdə rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün bir çox təşəbbüslər həyata keçirilməkdədir. Pandemiya ilə mübarizə və rəqəmsallaşma dövründə, ölkəmizin qarşısında duran əsas vəzifələr qlobal tendensiyalardan xəbərdar olmaq, müvafiq çağırışlara cavab vermək və iqtisadi inkişafda yeni həllərin tətbiqinə nail olmaqdan ibarətdir. Ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək də əsas məqsədlərdən biridir. Hazırda Azərbaycanda müasir texnologiyaların tətbiqi genişləndirilir və ölkədə rəqəmsal transformasiya prosesi sürətləndirilir. Bu gün keçirilən tədbir bp şirkətinin rəqəmsallaşma strategiyası, uğurlu təcrübəsi, əldə etdiyi nailiyyətlərlə yaxından tanışlıq baxımından önəmlidir və  qabaqcıl təcrübənin öyrənilməsi müəssisələrimizdə rəqəmsallaşma siyasətinin formalaşması və tətbiqi üçün faydalı olacaqdır.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz şirkətin Azərbaycanla uğurla əməkdaşlıq etdiyini, rəqəmsallaşma sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıb. Qəri Conz :“Rəqəmsallaşma və innovasiya bp-nin “xalis sıfır” hədəfinə doğru yeni strategiyasının və inteqrasiyalı enerji şirkətinə çevrilməsinin əsas tərkib hissəsidir. 2 gün davam edəcək bu tədbir şirkətimizin rəqəmsal transformasiya sahəsində öz qlobal təcrübəsini və planlarını bölüşmək üçün yaxşı bir imkandır. Bizim bu sahə üzrə ən təcrübəli ekspertlərimiz tədbirə qatılaraq bp-nin rəqəmsal transformasiyası və bu yönümdə gördüyümüz işlər barədə məlumatlar təqdim edəcəklər. Xəzər regionunda 30 ilə yaxın fəaliyyət göstərən bir şirkət kimi, biz Azərbaycan hökumətinin əsas biznes və sənaye istiqamətlərinin texnoloji transformasiyasını sürətləndirmək səylərini dəstəkləməkdən çox məmnunuq”.
bp-nin Rəqəmsal Hasilat və Biznes Xidmətləri üzrə baş vitse-prezidenti Əhməd Haşmi “bp strategiyası və rəqəmsal transformasiya yanaşması”, Rəqəmsal Korporativ Sistemlər və Əməliyyatlar üzrə baş vitse-prezident Stüart Fray isə "Rəqəmsal təməlin vahid görünüşü" və “Transformasiya prosesinin rəqəmsal təhlükəsizliyi” mövzularında təqdimatlarla çıxış ediblər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

 

6-10-2021, 10:59 374

Digər xəbərlər

Sumqayıt 5-ci məhəllədə təmir işləri piyadalar üçün təhlükə yaradır - VİDEO

Sumqayıtda bir neçə xüsusi uşaq bağçası dövlət qrantı qazandı

Sumqayıtda 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb

Sumqayıtda iaşə obyektinin fəaliyyəti sakinləri dözülməz vəziyyətə salıb

Sumqayıtda kitab ianəsi aksiyası

Kəlbəcərin Zəfər Yolu: 25 noyabrın tarixi məsuliyyəti və milli mənası

Sumqayıt məhkəməsi 62 min manatlıq dələduzluq işi üzrə qadını bəraətli saydı

Gələn ildən bəzi əməliyyatlar və dərmanlar pulsuz olacaq — Sumqayıt sakinləri də bu xidmətdən yararlanacaq

Təhsil İdarəsi Sumqayıt məktəbində baş verən hadisə ilə bağlı məlumat yaydı

Sumqayıtda və ölkənin digər bölgələrində növbəti torpaq hərracları elan edildi

Dekarbonizasiya planında Sumqayıt xüsusi yer tutur – 2035-ci ilə qədər sənaye elektrikləşdiriləcək

“Dünyasını dəyişən insanlar haqda bir xoş söz tapıb danışa bilmirsinizsə...”-Namiq Mənadan Nizami Rəmzinin qızına - FOTO+ÖZƏL

İlham Əliyev: Qarabağ Zəfəri türk dünyasının ortaq qürurudur

Sumqayıtlılar əslində necə xarakterizə olunur? (MARAQLI)

Manisada Azərbaycan mədəniyyəti gecəsi keçirildi - FOTO

Sumqayıtlı jurnalist şəhid məzarının fotosunu paylaşdı — Səfiri dərhal reaksiya verdi - FOTO

Dələduzların yeni fırıldaq üsulu – Sumqayıt sakini xəbərdarlıq edir

Sumqayıtın 76 illiyi – Sənaye şəhərindən müasir inkişaf mərkəzinə

Zakir Fərəcov Sumqayıt sakinlərini Şəhər Günü münasibətilə təbrik etdi

Səbinə Salmanova: "Sumqayıt ölkənin sənaye lokomotivi kimi mövqeyini artırdı"

1 2 3 4 5 6 7 8 9 10 ... 989
Dünən, 22:08
Dünən, 21:24
Dünən, 21:17
Dünən, 17:20
Dünən, 16:55
Dünən, 16:16
Dünən, 16:10
Dünən, 16:04
Dünən, 15:15
Dünən, 13:17
Dünən, 13:09
Dünən, 12:59
Dünən, 12:49
Dünən, 10:40
22-11-2025, 21:03
22-11-2025, 20:23
22-11-2025, 14:53
22-11-2025, 14:05
22-11-2025, 11:35
22-11-2025, 11:31
22-11-2025, 09:52
21-11-2025, 19:46
21-11-2025, 18:04
21-11-2025, 17:56
21-11-2025, 17:28
21-11-2025, 17:24
21-11-2025, 17:03
21-11-2025, 16:58
21-11-2025, 16:53
21-11-2025, 16:35
21-11-2025, 15:48
21-11-2025, 15:42
21-11-2025, 13:45
21-11-2025, 11:59
21-11-2025, 11:53
21-11-2025, 09:37
21-11-2025, 09:22
21-11-2025, 00:20
20-11-2025, 21:28
20-11-2025, 21:19
1 2 3 4 5 6 7 8 9 10 ... 989