“EdTech” Startap müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

Cari ilin fevral – mart  aylarında Təhsil Nazirliyinin   nümayəndələri ilə “EdTech” Startap müsabiqəsinin qalib komandaları arasında silsilə görüşlər təşkil edilib. 

Keçirilən görüşlərin əsas məqsədi qalib komandaların təqdim etdikləri layihə mövzuları ilə yaxından tanış olmaq, irəli sürülən ideyanın inkişafı və reallaşması üçün dəstəyin göstərilməsi olub. 

Görüş zamanı ideyaların müzakirəsi və gələcək planlar üzrə rəqəmsal təhsil sahəsində mövcud problemlərin innovativ həll yollarının araşdırılmasına xidmət edən layihə ideyalarının həyata keçirilməsi istiqamətində komanda üzvləri geniş məlumat verib və sualları cavablandırıblar. 

Növbəti mərhələdə qalib layihələrin ideyalarının təhsil sahəsində mövcud çağırışların həllinə uyğunlaşdırılması və məhsula çevirilməsi imkanları araşdırılacaq.  

Qeyd edək ki, təhsilalanların innovativ təşəbbüslərinin aşkarlanması və dəstəklənməsi məqsədilə 2021-ci ilin noyabr-dekabr aylarında Təhsil Nazirliyi tərəfindən tələbələr arasında “EdTech Startap” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrin İKT və rəqəmsal təhsilə olan maraqlarının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması idi.

3-cü yerin qalibi ADA Universitetini təmsil edən “Find Your İnstructor” komandası “Tələbələrin hazırlıq müəllimlərini asanlıqla tapa bilməsi” mövzusunda, 2-ci yerin qalibi Fransa Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Planophore” komandası “Şagird və tələbələrin biliklərini sınaya biləcəyi onlayn platformanın yaradılması” mövzusunda, 1-ci yerin qalibi Bakı Ali Neft Məktəbini təmsil edən “AzPlagio” komandası isə “Azərbaycan dilində plagiat aşkarlama platformasının yaradılması” mövzusunda layihə fikirlərini təqdim ediblər. 

18-03-2022, 16:37 515

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095