Partiya sədri Əvəz Zeynallıya görə prezidentə müraciət etdi

Hörmətli cənab Prezident
   200 mindən çox abunəçiyə malik, verlişlərinə hər ay bir neçə milyon baxışı olan, Azərbaycan ictimai rəyin formalaşmasında mühüm rol oynayan, məmur ozbaşnalığına və korrupsionerlərə qarşı kəskin, tənqidi, ifşaedici  mübarizəsinə, vətəndaşların pozulmuş hüquqlarının ictimailəşdirilməsi   üçün həqiqətən effektli media imkanı yaratdığına görə   insanların rəğbətini, məhəbbətini qazanmış  “Xural” internet televiziyasının yaradıcısı və aparıcısı, tanınmış jurnalist Əvəz Zeynallı   ədalətliliyinə, qərəzsizliyinə və qanuniliyinə əsaslı şübhələr olan cinayət işində təqsirləndiriliən şəxs kimi cəlb edilərək  həbs olunmuşdur.
   Əvəz Zeynallının həbsi cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən  müstəqil tənqidi media üzərinə məmur özbaşnalığının,  korrupsioner və rüşvətxorların revanşı, əks hücumu, qisası kimi qarşılanır, medianı susdurmaq əməliyyatı,  peşə fəaliyyətinə görə təqib, soz və ifadə azadlığının boğulması aktı kimi dəyərləndirilir və ictimaiyyət arasında  məyusluğa, etiraza  səbəb olub. Ictimai rəy çoxluqla Əvəz Zeynallının həbsini  həm də onun ölkənin milli təhlükəsizliyi üçün təhdid olan xarici qüvvələrin, daxildəki 5- ci kolonun səylərinin nəticəsi kimi qarşılayır.  Bu müddətdə   irəli sürülən ittihamların əsaslılığına dair  ictimai vicdanı tətmin edən və xüsusən hüquqi araşdırmanın aparılması dövründə  Əvəz Zeynallının həbsdə saxlanması zərurətinə inandıran mötəbər subut və dəlillər ortaya qoylmayıb.
  Əvəz Zeynallının   həbsinin   ölkədə siyasi mühitə zərər vurduğunu,  dövlətin imicinə xələl gətirə biləcəyini, eyni zamanda onun  səhhətində  problemlər olduğunu nəzərə almağınızı,  Əvəz Zeynallıya  münasibətdə ədalətli obyektiv qərarlar verilməsi, və ilk növbədə onun haqqında həbs qəti imkan tədbirinin  ev dustaqlığı ilə əvəz olunmasında kömək göstərmənizi xahiş edirəm. 
Hörmətlə: Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn

26-09-2022, 15:03 240
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086