Xerson vilayətində Rusiyaya məxsus Su-25 hücum təyyarəsi məhv edilib.Sumqayit.tv bildiri
ki, bu barədə Ukraynanın Cənub Hava Komandanlığı məlumat yayıb.
Bildirilir ki, hadisə Oktyabrın 3-də günorta saatlarında baş verib. Belə ki, "Rusiyanın Su-25 hücum təyyarəsi Xerson vilayətinin Berislav rayonunda Cənub Hava Komandanlığının “Xerson” briqadasının bölməsi tərəfindən vurulub”, - deyə məlumatda qeyd olunub.