Türkiyənin Azərbaycandakı səfirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, müstəqilliyin əbədi olmasını diləyir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik.
Yaşasın müstəqil Azərbaycan”, - deyə səfirliyin “Twitter” hesabında qeyd edilib.