Səs Fərhad Əhmədovundur - Köməkçisi hər şeyi danışdı

Sumqayit.tv azərbaycanlı milyarder Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidovanın Manset.az-a müsahibəsini təqdim edir:

- Fərhad müəllim hazırda evdədirmi? Səhhəti necədir?
- Bəli, evdədir. Səhhəti də çox gözəldir.
- Onun saxlanılması ilə bağlı xəbərlər yayılıb…
- O, saxlanılma deyildi. Səhv məlumatdır. O saxlanılmayıb, bir şahid kimi dəvət olunub. Bütün yazılanlar hamısı uydurma, cəfəngiyatdır. Biz oxuyuruq, gülürük.
- Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu?
- Bəli. Təbii ki, onu tutub əllərini qandallayıb aparmayıblar.
- Ev dustaqlığına buraxıldığı deyilir..
- Ev dustağı necə rayona gedə bilər, Bakıya qayıda bilər?
- Azərbaycanı tərk etməsi ilə bağlı qadağa var?
- Xeyr.
- DTX-yə niyə dəvət edilmişdi?
- Babək Səmidlinin yayılmış məlum səs yazısı ilə bağlı.
- Doğrudanmı o səs yazısı Fərhad müəllimə məxsusdur? O açıqlamanı alan, yayan Fərhad müəllimdir?
- Xeyr. Onu yayanlar digər adamlardır. Nə məqsədlə yayıblarsa, onu da DTX araşdırıb tapmalıdır.
- Amma o səs yazısı Fərhad müəllimə məxsusdur, doğrudurmu?
- Siz internetdə görmüsünüz də, o məlumatı məndən niyə soruşursunuz? Bütün internetdə var ki, bu səs yazısı Fərhad Əhmədovundur. Yəni bu, internetdə artıq var.
- Fərhad müəllimin o sualları Babək Səmidliyə verməkdə məqsədi nə idi? Niyə belə suallar verib onun səs yazısını yazıb?
- Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədi, hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa, cənab Prezidentə çatdırılsın.
- Bəs necə oldu ki, bu səs yazısı yayıldı?
- Həmin məsələni müvafiq qurumlar hazırda araşdırır. Şəxsən özümə də çox maraqlıdır.
- Bəlkə Fərhad müəllim bu səs yazısını kiməsə göndərib və o yayıb?
- Bəli. Təbii ki, o da ola bilər. Bu araşdırma artıq Fərhad Əhmədovun borcu deyil, müvafiq qurumların borcudur ki, bunu araşdırsın.
- Fərhad müəllim müxtəlif media orqanlarında Rusiyaya casusluqda günahlandırılır…
- Fərhad müəllimi Rusiya casusu adlandıran adam özü cəsusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam casus ola bilərmi? 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım. Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi də təşəkkürlə bağlı olub ki, buyurun gəlin, baxın nələr baş verir, erməniləri necə əzirik.
- Onlar dost olublar?
- Xeyr. Dost olmayıblar. 44 günlük müharibə zamanı Fərhad müəllim orduya kömək göstərib, Babək müəllimdə də müsbət rəy yaranıb onun haqda. Babək müəllim hərbçi, Fərhad müəllim biznesmen, onlar nə dost ola bilərlər?!
- Yəni münasibətlər belə başlayıb?
- Bəli, 44 günlük müharibədən başlayıb.
- Bəs özünün bu məsələyə reaksiyası necədir? Nədən bu gün bunlar baş verir?
- Məyus olub ki, bu məsələyə niyə belə bir don geyindirilib? Özünə də çox maraqlıdır ki, DTX araşdırsın və nəticəni görsün.
- Nə qədər müddətdir Fərhad müəllim Azərbaycanda yaşayır?
- Son bir ildir buradadır. Bu adam istirahət etmir. Göyçayda "Malikanə" adlandırılan yerdə yaşayır. Göyçayda onun tikdiyi zavod, otellər, restoranlar, fermalar, bütün təsərrüfat yerlərinə nəzarət edir. İşçilərin başının üstündə durur. İşçilər oradan pul qazanırlar, ailələrini dolandırırlar.
- Ramiz Mehdiyevlə sövdələşməyə getdiyi barədə nə deyə bilərsiniz?
- Onu mən 10 dəqiqə bundan qabaq oxudum. 20 ildir Fərhad müəllimlə bərabər işləyirəm, Ramiz Mehdiyev adını ancaq internetdə və televiziyada eşitmişəm. Fərhad müəllimlə heç bir bağlılığı yoxdur, yanında adı belə hallanmayıb.
- Bəs Nar Festivalı vaxtı bilavasitə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin vasitəsilə Ramiz Mehdiyevlə Fərhad Əhmədovun görüşü təşkil edildiyi bildirilir. Orada müxtəlif sövdələşmənin olduğu deyilir.
- Mən bu söhbətlərə sadəcə gülürəm.
- Ramiz Mehdiyev həmin dövrdə Prezident Administrasiyasının rəhbəri idi və yəqin ki, Fərhad Əhmədov onunla görüşmək üçün can ata bilərdi?
- Fərhad Əhmədov heç zaman Ramiz Mehdiyevlə görüşmək istəməyib. Zatən ona aid bir işi olmayıb. Fərhad müəllimin görüşü olub cənab Prezidentlə. Ramiz Mehdiyev nəyinə lazımdır Fərhad Əhmədovun?! Cənab Prezidentə çıxışı olan adama Ramiz Mehdiyev kimi adamlar lazımdırmı? 2020-ci ildə Fərhad müəllimə Rusiya ilə əlaqələrin inkişafındakı xidmətlərinə görə cənab Prezident "Dostluq" ordenini verib. Bunu Ramiz Mehdiyev verməyib ki!
- Bir də Fərhad Əhmədovun Ramiz Mehdiyevin evini çox baha qiymətə alması ilə bağlı məlumatlar var.
- Ramiz Mehdiyevin evini bəlkə başqa bir Fərhad Əhmədov almış ola bilər. Amma mənim şefim Fərhad Əhmədov Ramiz Mehdiyevdən heç vaxt ev almayıb.
- Mediada belə bir məlumat var idi ki, Ramiz Mehdiyevin Göyçayda yerləşən evini həmin o görüş baş tutandan sonra Ramiz Mehdiyevin özü Fərhad Əhmədova çox baha qiymətə təklif edib və o da alıb.
- Cəfəngiyatdır, boş söhbətdir.
- Bəs Fərhad müəllimin indi özünün oturduğu ev, özünün bilavasitə tikdirdiyi evdir, ya necə? Onu da deyirlər ki, Ziya Məmmədovdan satın alıb. Bu məlumatlar doğrudur?
- Bəli, Ziya Məmmədova məxsus torpaq sahəsi satışda olub. Bu, gizli bir məlumat deyil. Burada nə qəbahət iş var? Ziya Məmmədova məxsus Göyçayın Potu kəndində olan torpağı Fərhad müəllim alıb. Səhv etmirəmsə, torpaq Ziya Məmmədovun qardaşının adına idi. Həmin torpaq sahəsində Fərhad müəllim özünə ev tikib.

24-11-2022, 12:05 126

Digər xəbərlər

Bu gün, 11:30
Bu gün, 11:24
Bu gün, 11:04
Bu gün, 11:02
Dünən, 20:23
Dünən, 19:13
Dünən, 18:45
Dünən, 17:23
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 17:36
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
1 2 3 4 5 6 7 8 9 10 ... 903