ABŞ və İsrailin milli təhlükəsizlik müşavirləri dekabrın 22-də keçirilən videokonfransda regional hadisələri, o cümlədən İrandakı durumu müzakirə ediblər. Sumqayit.tv xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb. Görüşdə Amerika və İsrail rəsmiləri regionda İran təhlükəsi ilə üzləşmək və İranın nüvə silahı əldə etməməsini təmin etmək öhdəliyini vurğulayıblar. Ağ Ev əlavə edib ki, son aylarda İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların geniş spektrini də müzakirə ediblər.