“Yaxın gələcəkdə turistlər Qarabağa da səfər edə biləcəklər”


Yaxın gələcəkdə turistlər Azərbaycanın bol səyahət təcrübəsi vəd edən ənənəvi guşələri ilə yanaşı, tarixi, təbii və mədəni resurslara malik olan Qarabağa da səyahət edə biləcəklər”.
 
Sumqayit.tv xəbər verir ki, Bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid sentyabrın 2-də başlayan “PATA Travel Mart 2021” beynəlxalq turizm sərgisində “Cənub-şərqi, Qərbi və Cənubi Asiyanın turizm destinasiyaları kimi bərpası” mövzusuna həsr olunmuş sessiyadakı çıxışında deyib.
 
Florian Zenqstşmid, həmçinin ekoturizmlə bağlı təkliflər, turistlərin sağlamlığı və təhlükəsizliyi üçün görülən tədbirlər, rəqəmsal platformların inkişafı, eləcə də işğaldan azad olunmuş ərazilərin turizm imkanları haqqında danışıb.
 
Baş icraçı direktor qeyd edib ki, 29-dan çox ölkə üçün beynəlxalq sərhədlərin açılması və vaksinasiya prosesinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda turizm sənayesinin tədricən bərpası istiqamətində işlər davam etdirilir.
 
Hər il Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən təşkil olunan virtual sərgini ziyarət edənlər Azərbaycanın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan tarixi abidələri, mədəni irs nümunələri, sağlamlıq və rekreasiya imkanları, milli mətbəxi, eləcə də şərabçılıq ənənələri və müasir şərab zavodları ilə yaxından tanış olublar.
 
Sərgi zamanı keçirilən B2B (Biznesdən-biznesə) formatlı görüşlərdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
 
Tədbir çərçivəsində Asiya-Sakit Okean regionu üçün səciyyəvi olan turizm təklifləri ilə yanaşı, pandemiya dövründə görülən işlər, yeni dövrdə yaranan səyahət tələbləri və turizm sənayesinin qlobal səviyyədə dirçəlməsi üçün lazım olan addımlar barədə fikir mübadiləsi aparılıb.
 
“PATA Travel Mart 2021” sərgisi sentyabrın 5-də işini yekunlaşdıracaq.

3-09-2021, 19:53 405

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041