Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə edib


Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda bu ölkənin dövlət katibi Entoni Blinken ilə görüşüb.
Sumqayit.tv
xəbər verir ki, görüşdən sonra mətbuata açıqlamalarla çıxış edən rəsmilər söhbət zamanı ABŞ-dən Türkiyəyə F-16 qırıcılarının tədarükü, terrorla mübarizə, NATO çərçivəsində əməkdaşlıq, Ukrayna, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslərin müzakirə olunduğunu bildiriblər.
Türkiyənin F-16 tələbinin təkcə Türkiyə üçün deyil, NATO və ABŞ-nin təhlükəsizliyi üçün də əhəmiyyətli olduğunu bildirən Çavuşoğlu, “Bizim əməkdaşlığımız və ortaq strateji maraqlarımıza uyğun olaraq bu tələbin təsdiqlənməsini gözləyirik”, - deyib. Türkiyə-ABŞ Strateji Mexanizmini institutlaşdıracaqlarını ifadə edən Çavuşoğlu bu mexanizmin indiyə qədər çox faydalı olduğunu vurğulayıb.
Blinken isə Türkiyə-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayaraq, müttəfiq olaraq iki ölkə arasında bəzi məsələlərdə fikir ayrılıqlarının olduğuna diqqət çəkib. Türkiyənin Qara Dəniz Taxıl Dəhlizi Sazişindəki rolunu yüksək qiymətləndirdiklərini vurğulayan Bilinken, başda Ukrayna olmaqla, bölgədəki bir çox problemi və iki müttəfiq olaraq Türkiyə-ABŞ əməkdaşlığını müzakirə etdiklərini bildirib.
Mənbə: TRT

19-01-2023, 11:39 153

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041