Talıbovun sonunu gətirən hərəkətləri


Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ölkə rəhbəri istisna olmaqla, Bakıdakı heç bir məmuru eşitmədiyi, onların Naxçıvana səfərinə və orda yoxlamalar aparmasına imkan vermədiyinə aid daha bir məlumat yayılıb.
Sumqayit.tv  xəbər verir ki, “Yenisabah” Mərkəzi bankın sabiq sədri Elman Rüstəmovun 2021-ci ildə bütün təzyiqlərə rəğmən, Naxçıvana getdiyini bildirib.
Saytın mənbəsi qeyd edib ki, V.Talıbovla mərkəzi hakimiyyət arasında körpülərin yanması 2021-ci ilin noyabr ayının 25-nə təsadüf edir:
“Həmin gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Naxçıvanda olub. O, rəhbərlik etdiyi sahəyə aid Naxçıvan üçün xarakterik olan ciddi maliyyə pozuntularını araşdırmaq, bu barədə Ali Məclis sədrini məlumatlandırmaq üçün V.Talıbovla görüşmək istəyib. Amma Naxçıvan xanı E. Rüstəmovun bu istəyinə soyuq yanaşıb.
V.Talıbovun onunla görüşmək istəmədiyini başa düşən Mərkəzi Bank sədri Bakıdan özü ilə apardığı şəxsi mühafizəçisi və köməkçisi ilə birlikdə Naxçıvan Ali Məclisinə üz tutub. Ali Məclis əməkdaşları E.Rüstəmovu tanısalar da, ona son dərəcə etinasız yanaşıblar. Buna baxmayaraq, V.Talıbovla görüşməkdə israr edən baş bankir 2 saat qəbul otağında gözləyib. Ona V.Talıbovun Sədərəkdə yerli istehsal müəssisəsinin açılışına getdiyini və bu gün işə qayıtmayacağı deyiləndən sonra binanı tərk etmək məcburiyyətində qalıb. Məlumatlı şəxsin sözlərinə görə, E. Rüstəmov elə həmin gün Bakıya qayıdıb”.
Mənbə E.Rüstəmovun V.Talıbovun bu hörmətsizliyini həzm etməyərək, onunla bağlı ölkənin ən yuxarı eşelonuna şikayət etdiyini bildirib. Həmin vaxt E.Rüstəmova bir qədər təmkinli olmaq və bu barədə heç kimə danışmamaq tövsiyə edilib. Mərkəzi Bank sədrinə V.Talıbovun bu əməlinə görə cəzalandırılacağı bildirilib.
Mənbə söyləyib ki, V.Talıbovun Naxçıvanda E.Rüstəmova qarşı etdiyi bu hərəkət “bardağı daşıran sonuncu damla” olub. Həmin hadisədən sonra V.Talıbova yerini göstərmək qərara alınıb
/Axar.az/

19-01-2023, 14:16 144

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041