Ankarada 20 Yanvar - Ümumxalq hüzn gününə həsr olunmuş anım mərasimi keçirilib - FOTO


Türkiyənin paytaxtı Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyə - Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV), Türk Dünyası Parlamentarilər Fondu və Qazi Universiteti Türk Dünyası Uygulama və Araştırma Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq hüzn gününə həsr olunmuş anım mərasimi keçirilib.
Sumqayit.tv
xəbər verir ki, Türkiyənin dövlət rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, Türkiyənin hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantların, elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin milli himnlərinin səsləndiirlməsi ilə başlayıb.
20 Yanvar hadisələrinə həsr olunmuş qısa filmin nümayişindən sonra açılış çıxışları edilib.
TADİV rəhbəri, Türkiyə Prezidenti yanında Xarici siyasət və təhlükəsizlik şurasının üzvü professor Aygün Attar açılış çıxışında 20 Yanvar tarixi ilə bağlı xatirələrini bölüşüb, bu tarixin Azərbaycanın qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 20 Yanvar münasibətilə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda çoxsaylı tədbirlər keçirildiyini ifadə edib. Səfir 20 yanvar 1990-cı ildə Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliamdan danışıb.
Qeyd edilib ki, tətbiq edilən zorakılığa baxmayaraq Azərbaycan xalqı azadlıq əzmini itirmədi, şəhidlərin qanı və canı bahasına müstəqillik bərpa edildi. Bu şərəfli tarixin qeyd edilməsi gənc nəsil üçün çox əhəmiyyətlidir. Səfirin çıxışında 20 Yanvar hadisələrinə məhz Ümummilli lider Heydər Əliyevin hakimyyətə qayıdışından sonra hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.
Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb, 20 Yanvar tarixinin 8 Noyabr Vətən müharibəsi zəfərinə gedən yolu açdığını və aydınlatdığını qeyd edib.
Qazi Universiteti nəzdində Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Alev Kuru Çakmakoğlunun, Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkanın və Türk Tarix Qurumu Başqanı Birol Çətinin çıxışlarında 20 Yanvar qəhrəmanları və şəhidləri ilə Azərbaycanın azadlığa gedən yolu olaraq səciyyələndirilib. Çıxışlarda 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə şəhidlərin ruhunun şad olduğu vurğulanıb.
Çıxışların ardınca 20 Yanvar şəhidlərinə həsr olunmuş “Qanlı Yanvar” fotosərgisinin açılışından sonra anım proqramı elm adamlarının iştirakı ilə 20 yanvar 1990-cı il tarixinin Azərbaycan tarixində önəminə həsr olunmuş panel konfransla davam edib. /Oxu.az/























21-01-2023, 10:43 144

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041