Andrey Kortunov: “Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan nizamlanmasına necə kömək edə bilərlər?”


“Missiya münaqişə tərəflərindən yalnız birinin dəvəti ilə olarsa, təbii ki, onun birtərəfli mövqe tutacağına dair şübhələr həmişə olacaq”.
Sumqayit.tv
xəbər verir ki, Bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RBƏŞ) baş direktoru Andrey Kortunov Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarını Oxu.Az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu müşahidəçilərin meydana çıxması Azərbaycanla razılaşdırılsaydı, yəqin ki, belə suallar yaranmazdı.
Ekspert vurğulayıb ki, Aİ missiyasının müstəsna olaraq humanitar və siyasi cəhətdən dəvətsiz olacağı fərz edilsə belə, sərhədin o biri tərəfində mənfi reaksiyanın olmasını istisna etmək olmaz.
“Belə missiyalar nizamlanma prosesində iştirak edən hər iki ölkə ilə razılaşdırılmalı və təbii ki, mandat əvvəlcədən mümkün qədər aydın şəkildə müəyyən edilməlidir. Moskvanın özündə də bütün bunların Rusiyanı regiondan kənarlaşdırmaq, onun sülhməramlı rolunu pozmaq məqsədi ilə edildiyinə dair şübhələr yaranacaq. Mənə elə gəlir ki, taktiki cəhətdən bu (İrəvanın - red.) ən yaxşı qərarı deyildi - Avropa İttifaqının nümayəndələrinin yerləşdirilməsinə daha inklüziv yanaşmaq lazım idi. İstənilən halda hər kəsə uyğun forma tapmaq olardı”, - deyə Kortunov əlavə edib.
RBƏŞ rəhbəri Ermənistanın bununla, əslində, Rusiyaya mesaj ötürdüyünün məntiqə uyğun gəldiyini bildirib:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazıdır. Bu narazılıq dünən yaranmayıb. Təlimlərin ləğvi Ermənistanın qəzəbinin təzahürünün növbəti mərhələsidir. Biz bilirik ki, İrəvanın belə bir mövqeyi KTMT-nin İrəvan sammitində də səslənib və s. Görünür, Ermənistan tərəfi siqnal göndərməyə, KTMT-nin onlar üçün yeganə imkan olmadığını, təhlükəsizliyi təmin edə biləcək başqa alternativlərin və tərəfdaşların olduğunu göstərməyə çalışır”.
Ekspert, bununla belə, xatırladıb ki, Avropa İttifaqı nə NATO, nə də hərbi-siyasi alyansdır.
“Aİ-nin hərbi imkanları və sülhməramlı potensialı kifayət qədər məhduddur. Düşünmürəm ki, Aİ nümayəndələrinin Ermənistanda görünməsi Ermənistan-Azərbaycan sərhədində vəziyyəti kökündən dəyişəcək. Bu, daha çox simvolik siyasi jestdir”, - deyə Kortunov sözlərini yekunlaşdırıb.

25-01-2023, 11:25 164

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041