Rusiyanın Gümrüdəki hərbi bazası bağlana bilər-Korotçenko


AB-nin Ermənistandakı missiyası ilə bağlı belə bir ssenarinin həyata keçirilməsi gözlənilir. Birinci mərhələdə missiya Ermənistana geniş tərkibdə gələcək. Sonra İrəvan sözügedən missiyanın müşahidə missiyasından hərbi missiyaya çevrilməsini təmin etməyə çalışacaq. Ardınca Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərində fasilə və gərginlik müşahidə olunacaq, ola bilsin ki, Rusiyanın Gümrüdəki hərbi bazası bağlansın və İrəvan KTMT-dən çıxsın.
Axar.az xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Bütün bunlar AB-nin Ermənistan siyasətində iştirakını daha da genişləndirəcək. İrəvan AB-nin himayəsi altında növbəti təxribatlara əl atacaq və Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının Qərb hərbi kontingenti ilə dəyişdirilməsini tələb edəcək. Bu, Nikol Paşinyan tərəfindən yox, Qərb tərəfindən yazılmış bir ssenari ola bilər. Paşinyan isə Qərbin bütün istəklərini yerinə yetirəcək. Ona görə ki, onun komandası birmənalı olaraq antirusiya siyasətinə meyillidir, qərbyönlüdür.
Məqsəd regionda Qərbin hökmranlığıdır. Qərb Rusiyanı sıxışdırıb çıxarmaq, onun üçün yeni destabilizasiya zonası yaratmaq, Azərbaycanın xarici və müdafiə siyasəti sahəsində suveren qərarlar qəbul etməsinə məhdudiyyətlər yaratmaq istəyir. Bu, həm də Azərbaycanın milli maraqlarının, milli təhlükəsizliyinin təmin edilməsində ən mühüm qərarların qəbulunda əl-qolunu bağlamaq məqsədi güdür. Müvafiq qərarların qəbulu məntiqini təhlil edəndə Moskva və Bakının vahid mövqedən çıxış etdiyini nəzərə alsaq, Qərbin başlıca məqsəd budur. Bölgədə xarici oyunçulara ehtiyacımız yoxdur. Bütün məsələlər müstəsna olaraq region dövlətləri tərəfindən həll edilməlidir. AB missiyasının Ermənistana göndərilməsi digər məsələlərlə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi də daxil olmaqla, ən mühüm logistika layihələrinin icrasını pozmağa yönəlib. Bu marşrut Rusiya üçün Avropa ilə əlaqənin kəsilməsi fonunda son dərəcə vacibdir. Ona görə də bu, həm Rusiyanın, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına – ümumiyyətlə, Fransanın və AB-nin manipulyasiya obyekti olan Ermənistan istisna olmaqla, regionun bütün məsul oyunçularına zərbədir”, - o bildirib. /axar.az/

27-01-2023, 11:14 156

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041