Güneylilər hərəkətə keçir - Molla rejimi cavab verməli olacaq

 27 Yanvar 2023, 18:14 Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi Güneydə yaşayan soydaşlarımızı hiddətləndirib. Azərbaycanlı fəallar səfirliyə hücumun qəbuledilməz olduğunu bildirərək, xain hücuma görə molla rejimini ittiham ediblər. 
 
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli Modern.az-a bildirib ki, Tehranda baş verən hadisə İranın iç üzünü göstərdi. Onun sözlərinə görə, terror hücumunda İran rejiminin birbaşa əli var:
 
“Bu hadisədən sonra İran adlanan ölkənin iç üzü bütün dünyaya bəlli oldu. Özəlliklə quzeydə və güneydə yaşayan Azərbaycan türkləri İranın iç üzü ilə yaxından tanış oldular. Azərbaycanın diplomatik binasına silahlı hücum və əməkdaşın qətlə yetirilməsi qəbuledilməzdir. Bu hadisə ciddi şəkildə araşdırılmalıdır.
 
Hücumda İran rejiminin və Ermənistanın maraqlarının olması şübhəsizdir. Bundan qabaq İranın Azərbaycan sərhədində hərbi manevrlər etməsi, müxtəlif siyasi şəxslərin rəsmi televiziya kanallarında açıq hədə dilində danışması, bütün bunlarla yanaşı, bəzi siyasi şərhçilərin Ermənistan mediasındakı aqressiv çıxışları göstərir ki, ortada bəlli bir plan var. Həmin plana uyğun olaraq, terror aktı həyata keçirilib. Azərbaycan Prezidentinin də hadisəni terror aktı kimi qiymətləndirməsi Bakının məsələnin kökü ilə bağlı araşdırma apardığını göstərir”.
 

S.İsabəyli vurğulayıb ki, güneyli azərbaycanlılar səfirlikdəki terror aktına biganə qalmayacaq:
 
“Milli azadlıq hərəkatı olaraq səfirliyə hücumu diqqətdə saxlayıb, araşdırma aparacağıq. Fars-erməni işbirliyinə qarşı mübarizə aparıb, onları ifşa edəcəyik. İranın molla rejimi və ermənilər terrora görə mütləq cavab verəcəklər”.
 
Siyasi şərhçi Kərim Əsğəri isə Modern.az-a açıqlamasında deyib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu bütöv Azərbaycana və Türk dünyasına qarşı terror kimi qiymətləndirmək lazımdır. Ekspertin fikrincə, indiki məqamda terror aktının törədilməsi səbəbsiz deyil:
 

 
“İlk dəfə bu tarixdə Türkiyə səfirliyinə hücum edilib və iki əməkdaş qətlə yetirilib. İndi də Azərbaycan səfirliyinin əməkdaşı şəhid edilib. Bu terror aktı İranın 1991-ci ildən Azərbaycana qarşı yürütdüyü çirkin siyasətin göstəricisidir. 1979-cu ildən sonra Tehranda ABŞ, Səudiyyə Ərəbistanı kimi ölkələrin səfirliklərinə çirkin hücumlar edilib. Bunların hamısında İranın dövlət dairələrinin dəstəyi olub. İndiki hadisədə də İran rejiminin əlinin olması şübhəsizdir”.
 
Kərim Əsğəri qeyd edib ki, məlum hadisədən sonra bəzi azərbaycanlı sahibkarlar obyektlərini bağlayaraq, ticarəti boykot ediblər.
 
“Əlbəttə, güneyli azərbaycanlılar bu hadisəyə sərt təpki göstərirlər. Hətta mənim eşitdiyimə görə, hücum səbəbindən Təbrizdə bəzi şəxslər bazardakı mağazalarını bağlayıblar. Biz bu məsələyə adi hal kimi baxa bilmərik və səfirliyə hücumu şiddətlə qınayırıq”.

27-01-2023, 18:19 144

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005