Rusiya ABŞ ilə nüvə silahlarına nəzarət üzrə əsas sazişi pozur və nüvə obyektlərinin təftişinə icazə verməkdən imtina etməkdə davam edir.
Sumqayit.tv CNN-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.
"Rusiya Yeni START Müqaviləsi çərçivəsində öz ərazisində təftiş fəaliyyətlərini asanlaşdırmaq öhdəliyini yerinə yetirmir. Rusiyanın təftiş fəaliyyətlərini asanlaşdırmaqdan imtina etməsi ABŞ-ın müqavilə üzrə mühüm hüquqlarını həyata keçirməsinə mane olur", - Departament rəsmisi qeyd edib. /
Axar.az/