Rus İcmasının sədr müavini: “Laçın yolunun bloklanması xəbəri növbəti erməni feykidir”


“50 gündən çoxdur davam edən bu aksiyalar başlayan ilk gündən Azərbaycanın Rus İcması Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsində təbii sərvətlərin istismarını dayandırmağı tələb edən eko-fəallarımızın və QHT təmsilçilərimizin Laçın yolundakı fəaliyyətini dəstəkləyib”.
Bu sözləri Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina Globalinfo.az-a açıqlamasında deyib.
O, bildirib ki, bunu tələb etmək Azərbaycanın qanuni haqqıdır:
“Dünən Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri aksiyaya qoşulub və indi fəal şəkildə bu aksiyada iştirak edirlər.
Ermənistan 30 il ərzində işğal etdiyi ərazilərdə Azərbaycana məxsus təbii yataqları qanunsuz istismar edib. Sonra bu təbii ehtiyatlar qanunsuz olaraq Ermənistan ərazisinə daşınıb və daha sonra ola bilsin ki, satılıb. Bəzi xarici şirkətlər Azərbaycan ərazisində yataqların istismarı ilə bağlı qanunsuz fəaliyyət göstəriblər. Şübhəsiz ki, 44 günlük Vətən müharibədən sonra Azərbaycanın hazırda tam nəzarətində olan ərazilərdə təbii yataqların qanunsuz istismarı dayandırıldı. Lakin təəssüf ki, rus sülhməramlıların müvəqqəti yerləşdiyi, etnik ermənilərin yaşadığı ərazilərdə hələ də bəzi yerlərdə bu qanunsuz fəaliyyət davam edir. Biz eko-fəallarımızla birlikdə bunun dayandırılmasını tələb edirik. Bizim ekoloqlara imkan həmin yataqlarda monitorinq aparmağa şərait yaradılmalı və müvafiq olaraq bu qanunsuz fəaliyyətlə məşğul olanlar cəzalanmalı, Azərbaycana buna görə kompensasiya ödənilməlidir”.

Anastasiya Lavrina
A.Lavrinanın sözlərinə görə, onlar iki gündür ki, aksiyanın keçirildiyi ərazidədirlər və artıq bir neçə avtomobil karvanının keçdiyinin şahidi olublar:
“Rusiya sülhməramlı qüvvələrinə məxsus və həmçinin, bu gün səhər Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobil karvanı keçib. Şübhəsiz, burada hər hansı blokadadan söhbət gedə bilməz. Ermənistan hazırda öz diasporasını təşviq etməyə çalışır və müxtəlif ölkələrdə, eyni zamanda Ermənistanın siyasi xadimləri guya hansısa blokadanın olmasından danışırlar. Bu təmamilə yalan informasiyadır.
Burada materialları işıqlandıran insanlar, jurnalistlər var. Və biz indi şəxsən avtomobilin rahat şəkildə Laçın yolunda hərəkət etdiyini müşahidə edirik. Ona görə Laçın yolunun bloklanması haqda deyilənlər növbəti erməni feykidir”.
O, həmçinin qeyd edib ki, indiki situasiyada Azərbaycan xalqının nə qədər həmrəy, multikultural olduğunu, cəmiyyətimizin nə qədər multi-etnik olduğunu görmək mümkündür:
“Hal-hazırda burada vahid xalq olduğumuzu hiss edirik, çiyin-çiyinə qanuni haqlarımızın müdafiəsinə qalxmışıq. Etnik rus vətəndaşlar – biz azərbaycanlıyıq. Hamımız birlikdə eko-fəalların aksiyasında iştirak edirik. Xatırlayırsızsa, 44 günlük müharibə zamanı bütün etnik qruplar ümumi ideya ətrafında birləşərək daha əvvəl işğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinə qalxdılar. Burada biz yenə çiyin-çiyinə dayanmışıq, Qarabağın rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazisində ekoloqlarımızın monitorinq keçirmələri üçün qanuni haqlarını müdafiə edirik. Bizim tələblərimiz yerinə yetirilməyənə qədər burada olacağıq”.

3-02-2023, 10:30 183

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964