Ermənistanın İrana çıxışı da faktiki olaraq Azərbaycanın nəzarətindədir


"Ermənistanın xarici çıxışı üçün iki əsas yolu var. Birincisi, Lars yoludur. Hansı ki, bu həm də Rusiya-Ermənistan tranzit yoludur. 
İkincisi isə Gorus-Qafan yoludur. Bu da İran-Ermənistan tranzit yoludur. Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq Lars yolunda növbələr yaranıb”.


Sumqayit.tv xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan Azərbaycan polis postundan sonra bu ölkədə yaşanan nəqliyyat böhranı haqda danışarkın deyib.
 

Onun sözlərinə görə, qış fəslində Lars yolu keçilməz olur və TIR-lar günlərlə yolda qalır:

"Qış fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək: üzüm, naringi kimi meyvə yüklərinin artacağı gözlənilir. Bu məhsullar tez xarab olduğu üçün ünvana vaxtında çatmaq uğrunda əsl mübarizə başlayacaq. Beləliklə, Ermənistan-Rusiya arasındakı daşımalar tıxanacaq. Lars yoluna alternativ yolun 2023-cü ildən tez başa çatması gözlənilmir.

Ermənistanın İrana çıxışı da faktiki olaraq Azərbaycanın nəzarətindədir. Gorus-Qafan yolunda baş verənlər, postun qurulması, aparılan yoxlamalar İrandan Ermənistana yük daşımasını ən yaxşı halda yubadır. Azərbaycan öz suveren ərazisindən keçən yolu istənilən vaxt bağlamaq haqqına sahibdir”.

 

14-09-2021, 16:09 199
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086