Şamil Ayrım: “Qərbi Azərbaycan mövzusunu Türkiyədə və bütün beynəlxalq platformalarda gündəmə gətirməliyik”


“Qərbi Azərbaycan mövzusunu Türkiyədə və bütün beynəlxalq platformalarda, eləcə də parlamentimizin müvafiq toplantılarında gündəmə gətirməliyik”.
Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib.
Türkiyəli deputat qeyd edib ki, Aralıq Dənizi üçün Birlik Parlamentlərarası Assambleyasının (AİPA) sədri olaraq bu məsələni gündəmə gətirəcək.
Ş.Ayrım bildirib ki, sözügedən məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyinin yeni müşaviri Eldar Əliyev də bu günlərdə parlamentdə onunla görüşüb və Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə konsepsiyanı təqdim edib:
“Bu konsepsiya məclis sədrinə də təqdim olunacaq. Azərbaycan rəhbərliyi də beynəlxalq hüquqların tələbləri çərçivəsində və haqlı şəkildə bu məsələyə çox həssaslıqla yanaşdığı üçün Türkiyə olaraq bu mövzu bizim də diqqətimizdədir”.
Millət vəkili əlavə edib ki, hazırda Türkiyədə prezident və parlament seçkiləri məsələsi gündəmdə olmasına baxmayaraq, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna daxil olan deputatlar da Qərbi Azərbaycan mövzusuna diqqət göstərirlər:
“Uyğun zamanda bu məsələlər məclisin xarici əlaqələr komitəsində də səsləndiriləcək.
Azərbaycanlıların və ümumiyyətlə türklərin 1828-ci ildən başlayaraq beş mərhələdə deportasiya olunması haqqında məlumatlarımız var. O zamandan başlayaraq qədim türk torpaqları olan indiki Ermənistandan türkləri və müsəlmanları zorla, təhqirlə, təhdidlə, qətliamlarla yer-yurdlarından didərgin salıb, İrandan, Osmanlıdan və başqa yerlərdən erməniləri yerləşdirməklə indiki Ermənistanın demoqrafik quruluşunu dəyişdilər. O ərazilərin 80 faiz yerli əhalisi vaxtilə türk və müsəlmanlar olub. İğdırda kimi dindirsən, “əslən İrəvandanam” deyəcək. Ona görə də qədim türk torpaqları haqqında tarix və coğrafiyanı gənclərimizə də yaxşı-yaxşı öyrətməliyik ki, onlar beynəlxalq aləmə sırınan erməni yalanlarının qarşısına faktlarla, sübutlarla çıxa bilsinlər”.

15-03-2023, 14:15 176

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041