Qərbi Azərbaycan İcmasından Xaçatryanın həbsinə reaksiya


Qərbi Azərbaycan İcması Meşəlidə soyqırımı törətməkdə şübhəli bilinən Vaqif Xaçatryanın həbsini alqışlayır.
Bu barədə Sumqayit.tv-yə İcmadan verilən məlumatda deyilir.
Qurumun məlumatında qeyd edilir ki, Qərbi Azərbaycan İcması 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirakına görə onilliklər ərzində Azərbaycanın beynəlxalq axtarış siyahısında olan Vaqif Xaçatryanın çoxdan gözlənilən həbsinin nəhayət baş tutmasını alqışlayır. Azərbaycan hüquq-mühafizə orqanlarının bu uğuru Meşəli qətliamından sağ çıxanların qəlbinə böyük təsəllidir:
"Biz ümid edirik ki, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirakda ittiham olunan şəxslərin hamısı tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaqlar.
Hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş, hazırda Ermənistanın yurisdiksiyası və nəzarəti altında olan şəxsləri bu ölkənin mühakimə etməkdən ardıcıl şəkildə imtina etməsi ciddi narahatlıq doğurur. Üstəlik, bu yaxınlarda Ermənistan hökumətinin həbs edilmiş şəxsə birmənalı dəstək verən bəyanat yayması Ermənistanın bu cür mənfur cinayətkarlara himayədarlıq etdiyini sübuta yetirir. Ermənistanın belə davranışı beynəlxalq qınaq tələb edir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə dəvət etməyə və bu ölkəni hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən bir milyona yaxın azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən zorla çıxarılması, 20 000-dən çox mülki azərbaycanlının qətlə yetirilməsi, yüzlərlə Azərbaycan yaşayış məntəqəsinin viran edilməsi, Azərbaycan torpaqlarının minalarla çirkləndirilməsində iştirak edən və Ermənistanın yurisdiksiyası və nəzarəti altında olan şəxslərin cinayət təqibini həyata keçirmək ilə bağlı öhdəliyini yerinə yetirməyə məcbur etməyə çağırır.
Daim ədalət axtarışında olan Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müdafiə etmək öhdəliyinə sadiq qalmaqla, qəti şəkildə inanır ki, regionda davamlı sülh və barışıq yalnız haqq-ədalətin öz yerini tapdığı halda bərqərar ola bilər".

31-07-2023, 17:04 160

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041