“İşgəncə kralı”nın “üzrü”

 

Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın vəkili yenə dəyişdi; zərərçəkənlər ona ömürlük həbs cəzası verilməsini istəyir
Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi davam etdirilib. Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
“Yeni Müsavat” bildirir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər dindirilib.
Meşəli qətliamında ömürlük şikəst qalan zərərçəkmiş Teymur Salmanov deyib ki, Meşəli qətliamı törədiləndə 14 yaşı olub: “Səhər tezdən kəndi atəşə tutdular. Vaqif mənə işgəncə verdi, ayağımdan güllələdi. Hələ də şikəst qalmışam”.
Zərərçəkmiş Vaqif Xaçatryanı yalan danışmaqda da  ittiham edib: “Sən nə qədər həyasız adamsan, Vaqif? Mənim günahım nə idi ki, 14 yaşımdan şikəst qalmışam? İndi gəlib camaatın üzünə durmusan. Məni sən şikəst etmisən, bu günə qədər də şikəstəm. Möhtərəm hakim, mənim qisasımı alın bundan, ən ağır cəza verin buna”.

Daha sonra zərərçəkmiş Ziba Mehralıyeva ifadə verib. Zərərçəkmiş qeyd edib ki, Vaqif Xaçatryan və qardaşı Qurgen Xaçatryan dəfələrlə onların ailəsində olub: “Evimizdə çörək yeyib bizə qənim kəsildiniz. Siz həmişə bizim çörəyimizi yemisiniz. Evimdə illərlə çörək kəsib sonra bizi qırdınız. Çox şərəfsiz adamsan, Vaqif. Baxma gözümə, səndən zəhləm gedir. Sənə verdiyim çörək gözündən gəlsin. Haramın olsun bizdə yediyin çörək. Məhkəmədən sənə ən ağır cəzanı istəyirəm”.
Zərərçəkmiş Çərkəz Mehrəliyev deyib ki,  Meşəli hadisələrində anası, bacısı və qızı xəsarət alıb: “Vaqif Xaçatryan və onun qardaşı qətliamda iştirak edib. Qızım mənə dedi ki, ata, Vaqif Xaçatryan bizi güllələdi. Vaqif indi burada özünü yazıq kimi göstərir, amma gözünün içinə qədər yalan danışır”.
Zərərçəkmiş məhkəmədən Xaçatryan və onun dəstəsinə ən ağır cəza verilməsini istəyib.
“Çünki onlar bizə olmazın işgəncələri veriblər”, - deyə Çərkəz Mehrəliyev qeyd edib.
“Vaqif Xaçatryan və dəstəsi şəhid qardaşımı yandırıblar”.

 
Bunu isə məhkəmədə zərərçəkmiş qismində ifadə verən Camal Allahverdiyev deyib. Onun sözlərinə görə, Meşəliyə hücum zamanı qardaşı Allahverdi Allahverdiyev şəhid olub: “Hətta şəhid olan qardaşımı da yandırıblar. Qardaşımın külünü atam çaynikdə yığaraq aparıb basdırıb. Bacım və özüm yaralanmışdıq. Vaqif və onun dəstəsi kəndimizə hücum edib. Ola bilməz ki, sən kəndə hücumda olmamısan. Görənlər də olub. Sən də orada olmusan. Ona görə də Vaqif Xaçatryana ömürlük həbs cəzasının verilməsini istəyirəm”.
Vaqif Xaçatryan isə Camal Allahverdiyevin atasını tanıdığını etiraf edib: “Allahverdiyev, mən sənin atanı da tanıyıram”.
Zərərçəkmiş qismində ifadə verən Bəyim Rəhimova deyib ki, Meşəliyə hücum edənlərin biri də Vaqif Xaçatryan olub. Onun sözlərinə görə, kəndlərinə hücum nəticəsində qardaşı və özü ayağından güllə yarası alıblar: “Hücum zamanı qardaşım Salman və yoldaşı yanımızda olub. Mən Meşəliyə gəlin köçmüşəm. Onlar deyirlər ki, bizimlə duz-çörək kəsiblər. Ancaq onlar dostluğa layiq adam deyillər. Bu, ən ağır cəzaya layiq adamdır və ona ağır cəzanın verilməsini tələb edirəm”.
İş üzrə zərərçəkmiş qismində məhkəməyə teleqram göndərən Elnarə Babayeva yazıb ki, Vaqif Xaçatryana ən ağır cəzanın verilməsini istəyir. O, hazırda Qəbələ rayonunda yaşadığını və himayəsində azyaşlı uşaqların olduğunu bildirib: “Bu səbəbdən məhkəməyə gələ bilmirəm. Vaqif Xaçatryana ən ağır cəzanın verilməsini istəyirəm”.
Vaqif Xaçatryan əvvəl and-aman edərək həmin hadisələrdə iştirak etmədiyini desə də, sonradan üzr istəyib:  “Mən Meşəli kəndində baş verən hadisələrdə iştirak etməmişəm. Amma həmin kənddə ermənilərin törətdikləri hadisələrə görə bütün Azərbaycan xalqından üzr istəyirəm”.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
//“Yeni Müsavat” 

25-10-2023, 13:00 133

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903