Azərbaycanlı bu hərəkəti ilə Rusiyada günün qəhrəmanı oldu - FOTO

 

"Günün qəhrəmanı Lyuberetsdə yaşayan azərbaycanlıdır. O, ətrafda gəzib əlindəki xəncərlə adamlara xəsarət yetirən qeyri-adekvat kişini bilərəkdən avtomobili ilə vurub".
Bakupost.az xəbər verir ki, bunu Rusiyanın "Baza" Teleqram kanalı Lyuberets şəhərində baş verən hadisə barədə bildirib.
"Baza"nın xəbərinə görə, azərbaycanlı Müqabil Babayev əvvəlcə elə bilib ki, həmin şəxsin əlində mulyaj var:
"Amma sonra həmin adam xəncərlə yoldan keçən qızı vuranda Müqabil başa düşüb ki, hər şey gerçəkdir. Müqabilin silahı isə yalnız şəxsi maşını olub. O, maşını ilə hücum edən şəxsi vurub yerə yıxıb, sonra isə polisə onu ram etməkdə kömək edib".
Müqabil Babayev hadisə barədə bunları deyib:
“Baş verənləri görəndə şokda idim. Həmin an nə edəcəyimi bilmədim. Birdən ağlıma gəldi ki, onu maşınla vurmalıyam, vəssalam. Çünki o, piyada keçidini keçsəydi, qarşıdakı məktəbə girəcəkdi, orda da uşaqları bıçaqlayacaqdı".
"Baza" bildirir ki, əlində xəncər olan şəxs Roman Kontselidzedir. O, küçədə bir qıza və uşağa bir neçə zərbə endirməyə müvəffəq olub. Qız baş və çiynindən bıçaq xəsarəti alıb. Ancaq xəstəxanaya getməkdən imtina edib. Kontselidze 14 yaşlı Qlebi isə butılka ilə vurub. Yeniyetmə sinəsindən kəsilmiş-deşilmiş yara alaraq, xəstəxanaya aparılıb. Hücum edənin özü də hazırda xəstəxanadadır.
Qeyd edək ki, psixi problemləri olduğu güman edilən Roman Kontselidzeni zərərsizləşdirən azərbaycanlı - Babayev Müqabil Hacı oğlu 20 ildən artıqdır ki, Rusiya vətəndaşıdır.





9-11-2023, 12:00 311

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064