Baş Dövlət Yol Polisi İdarəsi 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə əhalisinə müraciət edib.Sumqayit.tv xəbər verir ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.
Şəhidlərimizi hörmətlə anır, Allahdan onlara rəhmət diləyirik.