Rəsmi İrəvan Ermənistanın KTMT sammitində qəbul edilmiş sənədlərə qoşulması məsələsinə baxacaq.Sumqayit.tv xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Xatırladaq ki, Minskdə KTMT dövlət başçılarının görüşü keçirilib, Ermənistan tərəfi iştirak etməyib. Belarus prezidenti Aleksandr Lukaşenko Qafqazdakı vəziyyətin də müzakirə olunduğunu qeyd edib.
Belarusun xarici işlər naziri bildirib ki, sammitdən sonra KTMT-nin baş katibi qəbul edilən qərarları erməni tərəfdaşlara çatdırmaq üçün İrəvana gedəcək.