Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində daxili siyasətdə hərəkətli günlər baş verdiyini bildirib. Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı Qüddət Həsənquliyevlə Sərdar Cəlaloğlu arasındakı qarşıdurmadan danışıb. Qeyd edəkki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevlə Azərbaycan Demokratik Partiyası (ADP) lideri Sərdar Cəlaloğlu arasındakı qarşıdurma özünün pik nöqtəsinə çatıb. Q.Həsənquliyevin S.Cəlaloğlunun “sən maksimum öz adını dəyişə bilərsən” fikrinə reaksiyası sərt olub.