“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək”.
Sumqayit.tv xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib: “İşğaldan azad olunan Qarabağ torpağında bərpa işləri sürətlə davam edir. Ötən il ərzində nəticəni görsəniz, qürur duyarsınız. Füzuli hava limanının inşası artıq yekunlaşır. Yaxın vaxtlarda hava limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasiminə qatılacaq”.